Xəbər lenti
21/06/2026 [16:23]
Daha 1 il “Qarabağ”da
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

ABŞ-də qarlı havanın qurbanlarının sayı 30-u keçdi

Baxılıb: 9214     Tarix: 27-01-2026 13:32   

ABŞ-də bir neçə gündür qar və soyuq hava ilə müşayiət olunan fırtına 34 nəfərin ölümünə səbəb olub.

Qanunvehedef.az “USA Today”ə istinadən xəbər verir ki, ölüm faktları ölkənin 14 ştatında qeydə alınıb.

Ən çox ölüm hadisəsi Nyu-York ştatında baş verib ki, burada 9 nəfər soyuq havanın qurbanı olub.

Bir çox ştatlarda yağıntının miqdarı 30 sm-i keçib, bu da yollarda hərəkətin pozulmasına, uçuşların ləğv olunmasına və məktəblərin bağlanmasına səbəb olub.

ABŞ-nin Milli Meteorologiya Xidmətinin məlumatına görə, Pittsburqun (Pensilvaniya ştatı - red.) şimalında bəzi bölgələrdə yağıntının miqdarı 50 sm-i keçib.

Təxminən 550 min sakinin yaşadığı ərazilərdə elektrik enerjisinin verilməsi dayandırılıb. Enerji təchizatının hələ bir neçə gün sonra bərpa oluna biləcəyi deyilir.

Ölkədə əlverişsiz hava şəraitinin təxminən bir həftə davam edəcəyi gözlənilir. Meteoroloqlar həftəsonu ABŞ-nin şərq sahillərinin daha bir fırtınaya məruz qala biləcəyini istisna etmirlər.

Qeyd edək ki, ölü sayı ilə bağlı ən son rəqəm 26 idi.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar