Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

“İranda insanlar daha qorxmur...”

Baxılıb: 9413     Tarix: 03-02-2026 12:27   

İran hökuməti ABŞ-nin mümkün zərbələrinin onun devrilməsinə və etirazların yenidən başlamasına səbəb ola biləcəyindən narahat olmağa başlayıb.

Qanunvehedef.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi iranlı rəsmilərə istinadən məlumat yayıb.

Agentlik iddia edir ki, İranın ali rəhbəri Ayətullah Əli Xameneiyə təqdim olunmuş məlumata görə, əhalinin yanvar etirazlarının qəddar şəkildə yatırılmasından narazılığı pik həddinə çatıb, İranda insanlar daha qorxmur və qorxu amili artıq onların geri çəkilməsinə kifayət etmir.

Bildirilir ki, ölkə rəhbərliyi xarici təzyiqin, o cümlədən ABŞ tərəfindən mümkün zərbənin etirazçılara daha aktiv hərəkət etmək üçün əlavə cəsarət verə biləcəyindən qorxur.

Agentliyin məlumatına görə, İran vətəndaşları çox qəzəblidirlər, onların qarşısını alan “qorxu divarı” isə artıq dağılıb.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar