Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Paşinyandan GÖZLƏNİLMƏZ SÖZLƏR: "Azərbaycan tərəfi ilə razılığa gəlmişik ki..."

Baxılıb: 575     Tarix: 19-10-2018 15:31   

Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Ermənistan-Azərbaycan cəbhəsindəki vəziyyətlə bağlı açıqlama verib.
Qanunvehedef.az modern.az-a istinadla xəbər verir ki, Paşinyan jurnalistlərlə söhbətində bildirib ki, hazırda cəbhədə vəziyyət sakitdir və bu, müəyyən qədər Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevlə razılaşmalarla bağlıdır.
O təsdiq edib ki, Azərbaycan hakimiyyəti ilə əməliyyat rabitəsi qurulub. "Azərbaycan tərəfi ilə razılığa gəlinərək, etibarlı, operativ əlaqə qurulub. Demək olar ki, cəbhədən hər bir məlumat - əgər onların tərəfindən olarsa - yarım saat ərzində Azərbaycan prezidentinin diqqətinə çatdırılacaq, bizim tərəfimizdən olarsa, mənə də həmin müddət ərzində çatacaq", - deyə Paşinyan bildirib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}