Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bu ölkələrdə Ramazan ayı başladı

Baxılıb: 8210     Tarix: 18-02-2026 11:00   

Hər il olduğu kimi, bu il də Ramazan ayının başlaması ilə bağlı dəqiq vaxt İslam dünyasında fikir ayrılıqlarına səbəb olub.

Qanunvehedef.az xəbər verir ki, müqəddəs ay müxtəlif ölkələrdə iki fərqli tarixdə başlayır.

Belə ki, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Fələstin, Bəhreyn, Küveyt, İraq, Livan, Somali və Sudanda dünən axşam yeni ayın görünməsi ilə bu gün, fevralın 18-i Ramazan ayının ilk günü elan olunub.

Azərbaycan da daxil olmaqla, bir çox digər ölkələrdə isə Ramazan ayı sabah, fevralın 19-u başlayacaq. Belə ki, Türkiyə, Suriya, İordaniya, Misir, Tunis, Əlcəzair, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Sinqapur, Malayziya, Bruney, Filippin, İndoneziya və Oman artıq Ramazan ayının fevralın 19-da başlayacağını elan ediblər.

İranda da eyni tarix oruc tutulması üçün təxmini gün olaraq elan edilib.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar