Xəbər lenti
27/10/2026 [16:58]
Bu cərimələr yenilənir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Meksikada “El Menço” ləqəbli kartel lideri öldürüldü

Baxılıb: 8225     Tarix: 23-02-2026 09:58   

Ötən gün Meksikada “Xalisko Yeni Nəsil” narkokartelinin başçısı, “El Menço” ləqəbli Nemesio Oseguera Servantes hökumətin xüsusi hərbi əməliyyatları nəticəsində zərərsizləşdirilib.

“Qanunvehedef.az xəbər verir ki, bununla bağlı Meksikanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbi əməliyyatları nəticəsində yaralanan başçı hava yolu ilə Mexikodakı hərbi hospitala aparılarkən vəfat edib.

Qeyd olunub ki, əməliyyat Meksika ordusunun xüsusi təyinatlıları, hərbi kəşfiyyat, hərbi hava qüvvələri, Milli Qvardiya və Milli Kəşfiyyat Mərkəzinin iştirakı ilə keçirilib. Nəticədə “Xalisko Yeni Nəsil”in daha 6 üzvü də öldürülüb.

Hadisədən sonra Meksikanın bəzi ştatlarında hökumət qüvvələri ilə kartelə bağlı silahlılar arasında toqquşmalar artıb.

Məsələ ilə bağlı Meksikanın ABŞ-dəkı səfirliyi bildirib ki, Meksika kəşfiyyat orqanları müstəqil şəkildə hərbi əməliyyat hazırlayıb, ABŞ hakimiyyəti isə yalnız əlavə kəşfiyyat məlumatları təqdim edib.






Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar