Xəbər lenti
27/10/2026 [16:58]
Bu cərimələr yenilənir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

ABŞ diplomatlarına bu ölkəni tərk etməyi tapşırdı

Baxılıb: 8113     Tarix: 24-02-2026 09:18   

ABŞ Dövlət Departamenti İranla artan gərginlik fonunda Livandakı “vacib olmayan diplomatlara və onların ailə üzvlərinə” ölkəni tərk etməyi tapşırıb.

Qanunvehedef.az xəbər verir ki, bunu “Associated Press” (AP) agentliyinə ABŞ Dövlət Departamentinin rəsmisi deyib.

Rəsminin sözlərinə görə, qərar bölgədə təhlükəsizlik risklərinin artması ilə əlaqədardır və sözügedən personal müvəqqəti olaraq Livanı tərk edəcək.

Adının açıqlanmasını istəməyən digər bir rəsmi isə bildirib ki, ABŞ Dövlət katibi Marko Rubio bu həftəsonu İsrailə planlaşdırılan səfərini təxirə sala bilər.

Qeyd edək ki, Omanın vasitəçiliyi ilə ABŞ və İran arasında nüvə danışıqlarının üçüncü raundunun fevralın 26-da Cenevrə şəhərində keçirilməsi planlaşdırılır.

Tərəflər dolayı danışıqlar üçün fevralın 6-da Omanda görüşərək, təmasların davam etdirilməsi barədə razılığa gəliblər. Danışıqlar daha sonra fevralın 17-də Cenevrədə davam etdirilib.

Müzakirələrin əsas mövzuları İranın uran zənginləşdirmə səviyyəsi və yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatının vəziyyəti olub.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar