Xəbər lenti
27/10/2026 [16:58]
Bu cərimələr yenilənir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“İran ABŞ-ni vura biləcək raketlər hazırlayır”

Baxılıb: 9215     Tarix: 25-02-2026 11:06   

“İran ABŞ-ni vura biləcək raketlər hazırlayır”.

Qanunvehedef.az xarici mətbuata istinadən xəbər verir ki, bu iddianı ABŞ Prezidenti Donald Tramp Konqresə müraciətində səsləndirib.

“Onlar artıq Avropaya və xaricdəki bazalarımıza təhdid yarada biləcək raketlər hazırlayıblar, indi isə Birləşmiş Ştatlara çata biləcək raketlərin yaradılması üzərində işləyirlər. Biz buna yol verə bilmərik”, - dövlət başçısı bildirib.

Bununla belə, ABŞ lideri növbəti dəfə İranla bağlı problemi diplomatik yolla həll etmək istədiyini vurğulayıb: “Biz danışıqlar aparırıq. Onlar sövdələşmə əldə etmək istəyirlər, lakin onlardan hələ də “Nüvə silahımız olmayacaq” sözlərini eşitməmişik”.

Tramp güc tətbiq etmək istəmədiyini, lakin İranın nüvə silahı əldə etməsinə də yol verməyəcəyini bəyan edib: “Biz sövdələşmə əldə etmək istəyirik. Lakin bir şeyi dəqiq demək olar: mən heç vaxt dünyada terrorun əsas sponsoruna nüvə silahına sahib olmağa icazə verməyəcəyəm. Bu olmayacaq!”.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar