Xəbər lenti
27/10/2026 [16:58]
Bu cərimələr yenilənir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Pezeşkian və Xamenei hədəf alındı - Nəticə məlum deyil

Baxılıb: 8414     Tarix: 28-02-2026 15:08   

İsrail və ABŞ-nin İrana qarşı başlatdığı hərbi əməliyyatın əsas hədəfləri bəlli olub.

Qanunvehedef.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, hücumların hədəfində İranın Ali Rəhbəri Seyid Əli Xamenei və Prezident Məsud Pezeşkian olub.

İsrail mənbələri əməliyyatın nəticələrinin hələlik tam məlum olmadığını bildirib.

Bununla belə, “Mehr” agentliyi öz mənbələrinə istinadən Məsud Pezeşkianın zərbələr nəticəsində xəsarət almadığını açıqlayıb. Eyni zamanda, Əli Xameneinin İsrail-ABŞ birgə hücumundan dərhal sonra Tehrandan çıxarılaraq təhlükəsiz yerə aparıldığı bildirilir.

“The New York Times” qəzeti isə qeyd edir ki, sözügedən hücum ABŞ-nin 2025-ci ilin iyun ayında İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən daha genişmiqyaslıdır.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar