Xəbər lenti
21/06/2026 [16:23]
Daha 1 il “Qarabağ”da
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

SEPAH ABŞ bazalarına hücumu təsdiqlədi

Baxılıb: 818     Tarix: 28-02-2026 15:57   

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın regiondakı hərbi obyektlərinə və İsrailə qarşı genişmiqyaslı raket və dron hücumları həyata keçirib.

Qanunvehedef.az “Tasnim”ə istinadən xəbər verir ki, SEPAH-ın zərbələri ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki Beşinci Donanmasının qərargahını, həmçinin Qətər və BƏƏ-dəki Amerika bazalarını hədəf alıb.

Məlumata görə, Küveyt, Səudiyyə Ərəbistanı və İordaniyadakı ABŞ hərbi obyektlərinə, eləcə də İsrailin mərkəzindəki hərbi hədəflərə güclü zərbələr endirilib.

İsrailin “9-cu Kanal”ı isə Ərəbistan dənizində yerləşən ABŞ-nin “Abraham Linkoln” təyyarədaşıyan gəmisinin də vurulduğunu bildirib. İran Silahlı Qüvvələrinin Baş Qərargahı bəyan edib ki, ABŞ və İsrailə dəstək verən istənilən hərbi baza hədəfə alınacaq.

Xatırladaq ki, bu gün səhər saatlarında İsrailin müdafiə naziri İsrael Katz ordunun İrana qarşı “qabaqlayıcı hücum” başlatdığını elan etmişdi. İsrailin “12-ci kanal”ının məlumatına görə, bu hücumlar İran rəhbərliyinin bütün üzvlərini hədəf alıb.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar