Xəbər lenti
27/10/2026 [16:58]
Bu cərimələr yenilənir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Xameneinin Tehrandakı ofisinə zərbələr endirildi

Baxılıb: 8113     Tarix: 28-02-2026 16:10   

İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin Tehrandakı ofis kompleksi İsrail və ABŞ-nin birgə hava zərbələri nəticəsində tamamilə dağıdılıb.

 Qanunvehedef.az xəbər verir ki, bu barədə anonim İsrail rəsmisi “Channel 12” telekanalına məlumat verib.

Mənbənin sözlərinə görə, hücum zamanı Xameneinin həmin binada olub-olmadığı hələlik məlum deyil. İsrail kəşfiyyatı əməliyyat zamanı İranın bütün əsas rəhbər heyətinin hədəf alındığını vurğulayıb.

Eyni zamanda, “Reuters” agentliyi İran rəsmilərinə istinadən bildirib ki, Ali Rəhbər hücumdan əvvəl təhlükəsiz yerə təxliyə edilib. Sosial şəbəkələrdə Tehrandakı ofis kompleksinin yerləşdiyi ərazidən qatı tüstünün yüksəldiyini əks etdirən görüntülər yayılıb.

Xatırladaq ki, bu gün səhər saatlarında başlayan və “Şirin nəriltisi” (Lion's Roar) adlandırılan əməliyyatda ABŞ və İsrail qüvvələri İranın hərbi, hökumət və kəşfiyyat mərkəzlərinə zərbələr endirirlər.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar