Xəbər lenti
27/10/2026 [16:58]
Bu cərimələr yenilənir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Kəşmirdə Xameneiyə görə etirazlar: yaralılar var

Baxılıb: 9113     Tarix: 03-03-2026 13:47   

İranın dini lideri Əli Xameneinin öldürülməsindən sonra Cammu və Kəşmirdə başlayan etirazlar zamanı 6-sı təhlükəsizlik qüvvələrinin əməkdaşı olmaqla, 14 nəfər yaralanıb.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat yayıb.

Məlumata görə, Cammu və Kəşmirin müxtəlif yerlərində 70-dən çox etiraz aksiyası keçirilib.

Qeyd olunub ki, bu, 2019-cu ilin avqust ayından bəri Kəşmirdə keçirilən ilk böyük etiraz aksiyasıdır.

Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar