Xəbər lenti
27/10/2026 [16:58]
Bu cərimələr yenilənir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Çin İrana bu səbəbdən təzyiq edir

Baxılıb: 8316     Tarix: 03-03-2026 13:58   

Çin İrana Hörmüz boğazını açıq saxlamaq, neft və mayeləşdirilmiş təbii qaz (LNG) daşımalarına hücum etməmək üçün təzyiq edir.

Qanunvehedef.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

“Pekin Körfəz ölkələrinin enerji təchizatından, xüsusilə də Qətər qazından ciddi şəkildə asılıdır.

Bölgədəki hücumlar tanker hərəkətini pozduqdan və Qətər qısa müddətə LNG istehsalını dayandırdıqdan sonra Çin rəsmiləri Tehrandan qlobal və Çin bazarları üçün həyati əhəmiyyət daşıyan enerji marşrutlarını hədəfə almamağı xahiş ediblər”, - məlumatda bildirilib.

Qeyd edək ki, daha əvvəl Qətər hökuməti Ras-Laffan sənaye şəhərinə dron hücumunun edildiyini və partlayışların baş verdiyini bildirib. Bundan sonra “Qətər Enerji” şirkəti mayeləşdirilmiş təbii qaz (LNG) istehsalını dayandırıb.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar