Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Fidan Türkiyəyə hücum ehtimalından danışdı

Baxılıb: 7310     Tarix: 03-03-2026 16:22   

Türkiyə müharibənin başlamasını gecikdirdi.

Qanunvehedef.az APA-ya istinadla xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

O, Türkiyənin müharibənin baş verməməsi üçün mübarizə apardığını qeyd edib:

“Yaradıcı həll yolları da təklif etdik. Hətta müharibənin başlamasını gecikdirdik. Əslində, müharibə daha tez başlayacaqdı, biz öz səylərimizlə onu gecikdirdik. Bəlkə də bir nəticəyə çatmaq olardı, amma köhnə üsula qayıtmağı üstün tutdular. Bu müharibə danışıqların ortasında başladı. İranlılar danışıqların davam etdiyi bir vaxtda müharibənin başlamasını diplomatiyaya xəyanət kimi qiymətləndirirlər. Bundan sonra nə baş verəcəyinə ciddi şəkildə baxmaq lazımdır. Təbii ki, burada hücum edən qüvvələrin niyyətinə diqqət yetirmək lazımdır. Məncə, İsrail və ABŞ İranın gələcəkdə də təhdid yarada biləcək güc olaraq qalmasının qarşısını almağa çalışacaqlar”.

Hakan Fidan İranın Türkiyəyə hücum ehtimalına da münasibət bildirib:

“Türkiyə özünü həmişə qoruyacaq. Bunun üçün lazım olan iradəyə də, potensiala da sahibik. Bunu İran mövzusundan ayrı şəkildə deyirəm”.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar