Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ABŞ bu ölkədə də əməliyyatlara başladı

Baxılıb: 7315     Tarix: 04-03-2026 10:34   

Ekvador və ABŞ Silahlı qüvvələri Ekvador ərazisində terrorçu elan edilmiş təşkilatlara qarşı əməliyyatlara başlayıblar.

Qanunvehedef.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.

“Bu əməliyyatlar Latın Amerikası və Karib hövzəsindəki tərəfdaşların narkoterrorla mübarizəyə sadiqliyinin bariz nümunəsidir. Biz birlikdə bütün yarımkürənin vətəndaşları arasında uzun müddət terror, zorakılıq və korrupsiya yayan narkoterrorçulara qarşı qətiyyətli addımlar atırıq”, - bəyanatda deyilir.

Cənub Komandanlığının komandanı general Frensis L. Donovan Ekvador Silahlı Qüvvələrinin narkoterrorçulara qarşı mübarizəsini yüksək qiymətləndirdiyini bəyan edib.

Xatırladaq ki, hazırda ABŞ paralel olaraq İsraillə birlikdə İrana zərbələr endirir.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar