Xəbər lenti
27/10/2026 [16:58]
Bu cərimələr yenilənir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Livanda BMT sülhməramlıları vuruldu

Baxılıb: 7245     Tarix: 07-03-2026 13:38   

İsrail ordusu Livanın ərazisində yerləşən BMT-nin sülhməramlı qüvvələrinin (UNIFIL) düşərgəsinə zərbə endirib.

Qanunvehedef.az “Lebanon 24” xəbər portalına istinadən xəbər verir ki, hadisə qanalı sülhməramlıların yerləşdiyi Əl-Kouzah rayonunda qeydə alınıb.

Hücum nəticəsində üç BMT sülhməramlısı yaralanıb. Hadisə nəticəsində sülhməramlılara məxsus bir neçə obyekt tamamilə yanıb.

İsrail tərəfi hadisənin “Hizbullah”a qarşı cavab zərbəsi endirildiyi zaman baş verdiyini bildirsə də, Livan Prezidenti Cozef Aun sülhməramlılara qəsdən zərbə endirildiyini bəyan edib.

“İsrail hətta UNIFIL-ə birbaşa hücum həyata keçirmə həddini belə aşıb”, - dövlət başçısı bildirib.

UNIFIL isə BMT Təhlükəsizlik Şurasının mandatı ilə vəzifələrini yerinə yetirən sülhməramlıların hədəf alınmasının qəbuledilməz olduğunu elan edib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar