Xəbər lenti
27/10/2026 [16:58]
Bu cərimələr yenilənir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SEPAH rəsmisi Trampa müraciət etdi - “Məmnuniyyətlə qarşılayırıq”

Baxılıb: 7319     Tarix: 07-03-2026 15:55   

SEPAH sözçüsü Əliməhəmməd Naini ABŞ Prezidenti Donald Trampa müraciət edib.

Qanunvehedef.az xəbər verir ki, İran dövlət mediasının məlumatına görə, SEPAH sözçüsü deyib ki, ABŞ hərbi gəmilərinin neft tankerlərini Hörmüz boğazı vasitəsilə müşayiət etməsinə razıdırlar.

Bildirib ki, İran ABŞ hərbi qüvvələrinin tankerləri müşayiət etməsini “məmnuniyyətlə qarşılayır” və onların boğazda görünməsini gözləyir.

O bildirib ki, amerikalılar qərar verməzdən əvvəl 1987-ci ildə ABŞ-yə məxsus “Bridgeton” supertankerində baş vermiş hücumu və son vaxtlar tankerlərə edilən hücumları xatırlamalıdırlar.

Xatırladaq ki, daha əvvəl Tramp bildirmişdi ki, zəruri olarsa, ABŞ Hərbi Dəniz Qüvvələri neft tankerlərini Hörmüz boğazında müşayiət edə bilər.

ABŞ və İsrailin İrana qarşı zərbələrə başlamasından sonra bölgədə gərginlik artıb. Məlumata görə, son günlər ərzində ən azı 9 gəmi hücuma məruz qalıb və İran tərəfi gəmilərə bu strateji su yolundan keçməməyi tövsiyə edib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar