Xəbər lenti
29/06/2026 [12:48]
Sabah hava necə olacaq?
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Tehranda neft anbarları vuruldu - Küçələr də yanır

Baxılıb: 638     Tarix: 08-03-2026 11:15   

İranın paytaxtı Tehran şəhərində ABŞ-İsrail hücumları nəticəsində neft anbarlarında güclü partlayışlar baş verib. Hadisədən sonra anbarlardan yüksələn alovların şəhərin müxtəlif yerlərindən göründüyü bildirilib.

Qanunvehedef.az xəbər verir ki, hadisə ilə bağlı yayılan görüntülərdə yanan neft anbarlarından qalxan alovların geniş əraziyə yayıldığı müşahidə olunur.

Sosial mediada paylaşılan kadrlarda həmçinin Şəhran neft anbarı ərazisindən sızan və yol boyunca yanan yanacağın görüntüləri də yer alıb.

Məlumata görə, şəhərin şimal-qərbində yerləşən Cənnət Abad rayonunun Kulsar küçəsində alovların yüksəlməsi nəqliyyatın hərəkətinə mənfi təsir göstərib.

“Fars” Xəbər Agentliyinə danışan İran Neft Nazirliyinin adının açıqlanmasını istəməyən rəsmisi hücumlarda Tehran və Kərəc şəhərlərində yerləşən üç neft anbarının hədəf alındığını təsdiqləyib.

İran Milli Neft Emalı və Paylama Şirkəti isə açıqlamasında bildirib ki, hücumdan əvvəl Tehran və Əlborz əyalətindəki anbarlardakı ehtiyatlar minimum səviyyəyə endirilib və yanacaq tədarükü digər mənbələr hesabına təmin olunur.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar