Xəbər lenti
27/10/2026 [16:58]
Bu cərimələr yenilənir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“İranın xəritəsi dəyişə bilər”

Baxılıb: 6212     Tarix: 08-03-2026 11:24   

“İranın xəritəsi dəyişə bilər”.

Qanunvehedef.az xəbər verir ki, bunu ABŞ Prezidenti Floridaya səfəri zamanı təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“İrandakı əməliyyatlar başa çatdıqdan sonra ölkənin xəritəsinin əvvəlki kimi qalacağına əmin deyil”, - o qeyd edib.

Tramp bildirib ki, müharibəni daha da mürəkkəbləşdirməmək üçün kürdlərin İrandakı müharibəyə cəlb olunmasını istəmir.

“Biz kürdlərlə çox dostcasına münasibətdəyik, lakin müharibəni indikindən daha mürəkkəb etmək istəmirik. Buna görə də kürdlərin ora getməsini istəməməyə qərar verdim”, – o vurğulayıb.

ABŞ Prezidenti əlavə edib ki, İran hər gün hücumlarının miqyasını azaldır və ağır itkilər verir. Onun sözlərinə görə, rəsmi Tehran sonda təslim olmaq məcburiyyətində qala bilər.

Tramp həmçinin İranın Yaxın Şərq ölkələrinə qarşı hücumlarına görə üzr istədiyini söyləyib və bildirib ki, bu vəziyyət ABŞ və regiondakı müttəfiqləri üçün qələbə kimi qiymətləndirilə bilər.

“Onlar üzr istədilər və bundan sonra nə olacağını görəcəyik. Amma bu, böyük itkidir. Bu, tam bir təslimiyyətdir”, – deyə Tramp qeyd edib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar