Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ABŞ İrandakı əməliyyata gündəlik neçə milyon xərcləyir?

Baxılıb: 8112     Tarix: 11-03-2026 09:51   

ABŞ İrana qarşı hərbi əməliyyatın həyata keçirilməsi üçün gündəlik 900 milyon dollar xərcləyir.

Qanunvehedef.az xarici mediaya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında amerikalı senator Con Tun bildirib.

“Bu, əhəmiyyətli dərəcədə yüksək məbləğdir, lakin hesab edirəm ki, mövqelərimiz yaxşıdı. Hədəflərimizə nail olacağıq. Bu, yerinə yetirilməsi zəruri olan vacib missiyadır və ümid edirəm ki, tez bir zamanda başa çatacaq”, - o qeyd edib.

Bundan əvvəl isə “The Washington Post” qəzeti öz mənbələrinə istinadən ABŞ Silahlı Qüvvələrinin İrana ilk zərbələrinin 5,6 milyard dollara başa gəldiyini yazıb. Xərclər əməliyyat zamanı sərf edilən silah-sursatlara uyğun olaraq hesablanır.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar