Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

ABŞ-dan Ər-Riyada şok: Ən əxlaqsız hökumət…

Baxılıb: 380     Tarix: 22-10-2018 15:15   
ABŞ Senatı və Nümayəndələr Palatasının üzvləri səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı Ər-Riyadın verdiyi açıqlamanın kifayət etmədiyini və bu ölkəyə daha kəskin reaksiya verilməli olduğunu bildiriblər.
Qanunvehedef.az xəbər verir ki, Respublikaçılar Partiyasından olan senator Ben Sasse CNN televiziyasında çıxışı zamanı Qaşıqçının öldürülməsinə reakiya olaraq ABŞ-ın Səudiyyə Ərəbistanına silah satışını dayandırmasını tələb edib.
“ABŞ silah satışını mənfəət xatirinə deyil, ölkənin dəyərlərinə inanan fərqli dövlətlərlə ittifaq qurmaq üçün həyata keçirir. Səudiyyəlilərin açıqlamalı olduqları çox şey var. Səudiyyə Ərəbistanına silah satışının qadağan edilməsi də daxil olmaqla, bütün seçimlər masada olmalıdır. Onların məsələni ört-basdır eləmək üçün ortaya qoyduğu hekayələr qarmaqarışıqdır. Səhvən baş tutan bir dava üçün yanınızda sümükdoğrayan mişar gətirməzsiniz”, - senator bildirib.
Nümayəndələr Palatasının Nyu Yorkdan olan üzvü Peter Kinq isə Ərəbistanın İstanbul Baş Konsulluğunda yaşananları vəhşət adlandırıb.
“Səudiyyənin uydurma hekayələri ilə yola davam edə bilmərik. Onların bu günə qədər öhdəsindən gəlməyə çalışdığımız ən əxlaqsız hökumət olduğunu düşünürəm”, - Kinq qeyd edib.шаблоны для dle 11.2