Xəbər lenti
29/06/2026 [12:48]
Sabah hava necə olacaq?
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“ABŞ əməliyyatı başa çatdırsa belə İran dayanmayacaq”

Baxılıb: 7210     Tarix: 13-03-2026 14:49   

“ABŞ hərbi əməliyyatı dayandırmaq qərarına gəlsə belə İran silahlı qarşıdurmaya son qoymayacaq”​.

Qanunvehedef.az xəbər verir ki, bu barədə “Axios” portalı ərəb ölkələrindəki mənbələrə istinadən məlumat yayıb.

Nəşr iddia edir ki, İran hakimiyyəti Vaşinqtonun qaydalarına uyğunlaşmaq niyyətində olmadığını regionun ərəb dövlətlərinə çatdırıb.

Məlumata görə, Tehran özünə qarşı təcavüzün bir daha bərpa edilməyəcəyinə dair güclü beynəlxalq zəmanətlər almadığı müddətcə münaqişəni başa çatdırmaq niyyətində deyil. Həmçinin ərəb ölkələrinin nümayəndələrinə bildirilib ki, ABŞ əməliyyatı başa çatdırdıqdan sonra belə İran Yaxın Şərqdəki Amerika hərbi bazalarına hücumları dayandırmayacaq.

“Müharibəni başlamaq çox asandır, onu bitirmək isə son dərəcə çətindir”, - nəşrin həmsöhbəti əlavə edib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar