Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Müctəba Xamenei Rusiyada müalicə alır?

Baxılıb: 6214     Tarix: 16-03-2026 15:47   

İranın yeni Ali Lideri Müctəba Xamenei Moskvada yerləşən özəl xəstəxanada müalicə alır.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Küveytin “AJ Jarida” nəşri İranın yeni liderinə yaxın yüksəkvəzifəli mənbəyə istinadən məlumat yayıb.

“Müctəba Xamenei sağlamlıq vəziyyəti və təhlükəsizliyi səbəbindən ciddi şəkildə gizli saxlanılan əməliyyat çərçivəsində Rusiya hərbi təyyarəsi ilə Moskvaya çatdırılıb”, - nəşr iddia edir.

Məlumata görə, Rusiya paytaxtında Xamenei uğurlu əməliyyat keçirib və hazırda Rusiya Prezidenti Vladimir Putinin iqamətgahı yanında özəl xəstəxanada müalicə alır.

Mənbənin sözlərinə görə, Müctəba Xamenei ABŞ və İsrailin İrana qarşı fevralın 28-də baş tutan ilk hücumları zamanı yaralanıb. İran tərəfi onun müalicə olunduğu yer barədə məlumatların sızdırılacağından ehtiyat etdiyi üçün Vladimir Putinin Xameneinin Rusiyada müalicə olunması təklifi ilə razılaşıb.

“Rusiya Prezidenti Vladimir Putin ötən həftə iranlı həmkarı Məsud Pezeşkianla söhbəti zamanı Müctəbanın Rusiyada müalicə olunmasını şəxsən təklif edib. Xamenei də daxil olmaqla, İran rəsmiləri Rusiyanın təklifini diqqətlə nəzərdən keçirdikdən sonra onu təsdiqləyiblər”, - nəşr əlavə edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə mətbuatda yayılan xəbərləri şərh etmək istəməyib.

“Bilirsiniz, biz bu cür xəbərləri heç bir şəkildə şərh etmirik”, - Kreml nümayəndəsi brifinq zamanı jurnalistlərə deyib.

Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar