Xəbər lenti
Arxiv
«    Март 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

BƏƏ hava məkanını bağladı

Baxılıb: 724     Tarix: 17-03-2026 09:22   

İranın hədəf aldığı ölkələrdən biri olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ehtiyat tədbiri olaraq hava məkanını müvəqqəti və qismən bağladığını açıqlayıb.

Qanunvehedef.az xəbər verir ki, bu barədə BƏƏ Mülki Aviasiya Baş İdarəsi məlumat uyayıb.

Bildirilib ki, ölkənin hava məkanı müstəsna təhlükəsizlik tədbiri olaraq müvəqqəti və qismən bağlanıb.

Qeyd olunub ki, hava məkanını bağlayan BƏƏ ölkəni hədəf alan pilotsuz uçuş aparatlarının hücumlarına qarşı müdaxilə tədbirlərinə başlayıb.

Digər tərəfdən, BƏƏ Müdafiə Nazirliyinin yaydığı məlumatda ölkənin hava hücumundan müdafiə sistemlərinin İrandan buraxılan raketlər və pilotsuz uçuş aparatlarına qarşı fəaliyyət göstərdiyi bildirilib.

Bəyanatda ölkənin müxtəlif bölgələrində eşidilən partlayış səslərinin hava hücumundan müdafiə sistemlərinin ballistik raketləri ələ keçirməsi və qırıcı təyyarələrin dronları zərərsizləşdirməsi ilə əlaqədar olduğu qeyd edilib.


Qanunvehedef.az





{sape_links}{sape_article}