Xəbər lenti
27/10/2026 [16:58]
Bu cərimələr yenilənir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İran raketləri Təl-Əviv səmasında

Baxılıb: 6317     Tarix: 18-03-2026 09:32   

İrandan İsrailə doğru atılan raketlər Təl-Əviv səmasında müşahidə olunub. Hücum xəbərlərindən sonra ölkənin bir çox bölgəsində, xüsusilə mərkəzi şəhərlərdə hava həyəcan siqnalları işə düşüb.

Qnunvehedef.az xəbər verir ki, İran mediası İnqilab Keşikçiləri Korpusu tərəfindən yeni hücum dalğasının başladıldığını bildirib.

Məlumata görə, əməliyyat Əli Laricaninin ölümü ilə bağlı “qisas” məqsədi daşıyır.

İsrail ordusu isə açıqlamasında hava hücumundan müdafiə sistemlərinin İrandan atılan raketləri zərəsizləşdirməyə çalışdığını qeyd edib.

Hadisə ilə əlaqədar olaraq İsrailin mərkəzi hissəsində, o cümlədən, Təl-Əviv və ətraf şəhərlərdə sirenlərin səsləndiyi bildirilib.

İlkin qiymətləndirmələr çoxbaşlı raketin atılması nəticəsində Təl-Əviv ətrafında ən azı dörd nöqtədə dağıntıların qeydə alındığını göstərir.

Eyni zamanda, Qüds səmasında da güclü partlayışların baş verdiyi, Şərqi Qüdsdə isə iki dəfə hava həyəcan siqnallarının verildiyi bildirilib.


Qnunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar