Xəbər lenti
27/10/2026 [16:58]
Bu cərimələr yenilənir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İranda yanvar iğtişaşlarına görə daha 3 nəfər edam edildi

Baxılıb: 6118     Tarix: 19-03-2026 11:56   

İranda yanvarda keçirilən etirazların üç iştirakçısı iki polisin öldürülməsi ittihamı ilə edam edilib.

Qanunvehedef.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, məhkumlar yanvarın 7-də Qum vilayətində keçirilən hökumət əleyhinə nümayişlər zamanı hüquq-mühafizə orqanlarının iki əməkdaşının öldürülməsində təqsirli olduqlarını etiraf ediblər. Onlara qarşı həmçinin “İsrail və ABŞ-nin maraqlarına xidmət” ittihamı irəli sürülüb, lakin bu ittihamın təfərrüatı açıqlanmayıb.

Xatırladaq ki, 2025-ci ilin dekabr ayının sonlarında İran rialının devalvasiyası ölkədə kütləvi etiraz aksiyalarına səbəb olmuşdu. İran hökuməti iğtişaşlar zamanı 3117 nəfərin öldüyünü, onlardan 200 nəfərin zabit olduğu barədə məlumat yaymışdı.

Qeyd edək ki, bu, yanvar etirazlarında iştiraka görə ilk edam hadisəsi deyil. Məşhəddən olan 33 yaşlı bodibildinq məşqçisi Əli Rəhbər yanvarın 23-ü məhz bu səbəbdən edam edilmişdi.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar