Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

İran dövriyyəyə yeni əskinas buraxdı

Baxılıb: 5213     Tarix: 21-03-2026 17:27   


İran dövriyyəyə 10 milyon riallıq əskinas buraxıb. Bu ölkə tarixində ən böyük puldur.

Qanunvehedef.az xəbər verir ki, bu haqda “Financial Times” məlumat yayıb.

“Tehran yeni 10 milyon rial əskinasını dövriyyəyə buraxır ki, bu da indiyə qədər tədavülə buraxılmış ən böyük əskinasdır. Hakimiyyət ABŞ-İsrail müharibəsi zamanı artan inflyasiyanın qarşısını almağa və nağd pula tələbatı ödəməyə çalışır”, - məlumatda bildirilir.

Təxminən 12 manat dəyərində olan yeni əskinasda Yəzddə 9-cu əsrə aid Came məscidi, arxa tərəfində isə 2500 illik Bam qalası təsvir edilib.

İran Mərkəzi Bankı qanun layihəsinin əhalinin nağd pula çıxışını təmin etmək üçün təqdim edildiyinə aydınlıq gətirib.


Qanunvehedef.az






{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar