Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Almaniyada bütün apteklər bağlanacaq - Etirazlar başlayır

Baxılıb: 7311     Tarix: 22-03-2026 10:58   

Martın 23-də maliyyə çatışmazlığı səbəbindən Almaniyanın ərazisindəki bütün apteklər fəaliyyətini dayandıracaq.

Qanunvehedef.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Bildirilib ki, etiraz aksiyasında 160 mindən çox insan iştirak edəcək.

Nəşr vurğulayıb ki, aptek müəssisələrinin əməkdaşları xroniki maliyyə çatışmazlığından narazılıqlarını bildiriblər. Onların Berlin, Hannover, Düsseldorf və Münxendə nümayişlər keçirəcəkləri gözlənilir.

“Apteklərimiz, dərman təminatı və Almaniya əhalisinə tibbi xidmət göstərilməsi ilə bağlı vəziyyət artıq uzun müddətdir, gərgin olaraq qalır. Sonuncu dəfə aptek işçilərinin maaşları 13 il əvvəl artırılıb, halbuki bu dövr ərzində əlavə xərclər 65 %-dən çox artıb. 2013-cü ildən başlayaraq Almaniyada apteklərin ümumi sayının 20 %-i bağlanıb”, - deyə Almaniya Aptekləri Federal Assosiasiyasının rəhbəri Tomas Prays qeyd edib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar