Xəbər lenti
Arxiv
«    Март 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Lavrov: İrana kəşfiyyat yardımı göstərmirik

Baxılıb: 737     Tarix: 27-03-2026 13:33   

ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibədə Rusiya Tehrana kəşfiyyat yardımı göstərməyib”.

Qanunvehedef.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fransa televiziyalarına müsahibəsində bildirib.

Lavrov İranın hökumətlərarası müqavilə vasitəsilə Rusiyanın strateji tərəfdaşı olduğunu xatırladıb və hücumlara qarşı İranı müdafiə etmək əvəzinə, beynəlxalq hüququ müdafiə etdiklərini vurğulayıb.

“ABŞ prezidenti Donald Trampın beynəlxalq hüquqla maraqlanmadığını və öz əxlaqi prinsiplərinə və instinktlərinə uyğun hərəkət edəcəyini deməsi qəbuledilməzdir. Biz dəfələrlə amerikalılara Fars körfəzi və Yaxın Şərq bölgəsindəki bütün problemlərin həlli üçün dialoq qurmaq istəyimizi çatdırmışıq. ABŞ və müttəfiqləri orada gedən proseslərə hər dəfə müdaxilə etdikdə vəziyyət getdikcə daha da pisləşir. Bununla yanaşı, ABŞ administrasiyasının İran lideri və digər rəhbərləri soyuqqanlılıqla öldürməsi barədə təkəbbürlü və qürurlu danışması kinayədən başqa bir şey deyil”, - Rusiya XİN rəhbəri bildirib.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar