Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ərəb jurnalistin ölüm əmrini şahzadənin müşaviri verib: "O itin başını mənə gətirin"

Baxılıb: 559     Tarix: 23-10-2018 09:50   
Səudiyyəli köşə yazarı Camal Haşoqqinin ölüm əmrini verən şəxslə bağlı iddialar var.
Qanunvehedef.az milli.az-a istinadla xəbər verir ki, iddialara görə onun qətlinin sifarişçisi vəliəhd şahzadə Məhəmməd ibn Salman əl Səudun müşaviri Kahtanidir.
İddialara görə, Kathani İstanbul Baş konsulluğuna zəng edərək əvvəlcə Camal Haşoqqini təhqir edib, sonra da öldürülməsi ilə bağlı əmr verib.
Xəbərdə bildirilir ki, Səud əl-Kathani "Skype" ilə baş konsulluğa zəng edərək: "Mənə bu köpəyin kəlləsini gətirin", - deyib.
İddianı yayan "Reuters" agentliyi həmin danışığın səs yazısının Türkiyə Kəşfiyyat İdarəsində olduğunu qeyd edib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanındakı islahatçılar və müxaliflər üçün önəmli media platforması sayılan "Al Watan" qəzetinin rəhbərlərindən biri, Qərb mediasında Yaxın Şərqlə bağlı təhlilləri ilə tanınan jurnalist Camal Haşoqqi oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna daxil olub və itkin düşüb.
Türkiyə polisinin apardığı araşdırmalar nəticəsində bəlli olub ki, elə həmin vaxtda Səudiyyə Ərəbistanından İstanbula xüsusi təyyarə ilə gəlmiş 15 nəfər konsulluğa giriblər. Həmin adamlar sonradan elə gəldikləri təyyarə ilə Ər-Riyada qayıdıblar.
C.Haşoqqi konsulluq binasında döyüləndən və işgəncələrə məruz qalandan sonra şaqqalanıb, cəsədinin tikələri çamadanlara yığılaraq binadan çıxarılıb.
шаблоны для dle 11.2