1494-cü gün: Rusiyanın itkiləri yeniləndi
Baxılıb: 655 Tarix: 28-03-2026 16:04

Ukrayna müharibənin 1494-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 294 470 hərbçi, 11 812 ədəd tank, 24 297 ədəd zirehli döyüş maşını, 38 936 ədəd artilleriya sistemi, 1 707 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 336 hava hücumundan müdafiə sistemi, 435 ədəd hərbi təyyarə, 350 ədəd helikopter, 85 796 ədəd avtomobil texnikası, 202 112 ədəd PUA, 4 491 qanadlı raket, 33 gəmi/kater, 2 sualtı qayıq, 4 105 xüsusi avadanlıq itirib.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər




















