Xəbər lenti
27/10/2026 [16:58]
Bu cərimələr yenilənir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“ABŞ xüsusi təyinatlıları İrana daxil olub”​

Baxılıb: 8115     Tarix: 04-04-2026 13:13   

“ABŞ xüsusi təyinatlı qüvvələri vurulmuş qırıcının ekipaj üzvünü xilas etmək üçün İrana daxil olub”​.

Qanunvehedef.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri yazıb.

Nəşrin məlumatına görə, qırıcının iki ekipaj üzvünün katapult etməsi İran və ABŞ-nin amerikalı pilotların axtarışında yarışa çıxmasına səbəb olub.

Qeyd edək ki, ötən gün İran Silahlı Qüvvələrinin Baş Qərargahı ölkə səmasında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “F-35 Lightning II” qırıcı təyyarəsinin vurulduğunu iddia edib.

Amerikalı rəsmilər isə vurulan təyyarənin “F-15E Strike Eagle” olduğunu təsdiqləyib. ABŞ mediası iki pilotdan birinin xilas edildiyini bildirib. Təyyarənin Böyük Britaniyada yerləşən “Lakenheath” Hava Bazasına aid olduğu qeyd edilir.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar