Xəbər lenti
26/05/2026 [12:24]
Sabah yağış yağacaq
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Türkiyəyə raket atışları: Cavaba hazırıq, lakin... - Gülər

Baxılıb: 7515     Tarix: 04-04-2026 13:56   

Türkiyə Yaxın Şərqdə sabitliyin bərpasına töhfə verməyə hazırdır.

Qanunvehedef.az Azərtac-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər İtaliyanın “Il Messaggero” nəşrinə müsahibəsində bildirib.

İran ətrafındakı gərginliyə münasibət bildirən Gülər atəşkəsin dərhal təmin edilməsinin zəruri olduğunu deyib.

“Bölgəmizdəki gərginliyin daha böyük qarşıdurmaya çevrilməsinin qarşısını almağın yeganə yolu dialoqdur. Mövcud şəraitdən asılı olmayaraq, biz inanırıq ki, hələ də diplomatiya üçün yer var və tərəflər arasındakı fikir ayrılıqları dialoq yolu ilə həll edilə bilər. Biz bu prosesə töhfə verməyə hazırıq", - deyə o vurğulayıb.

Gülərin sözlərinə görə, Ankaranın mövqeyi bəllidir:

“Heç bir regional böhran uzunmüddətli əsasda hərbi yolla həll edilə bilməz”.

“Türkiyə həm regional, həm də Qərb aktorları ilə dialoq qura bilən azsaylı ölkələrdən biridir. Ankaranın qonşu ölkələrdəki daxili siyasi proseslərə yanaşması suverenliyə hörmətə əsaslanır. Bizim üçün regionun daha böyük sabitliyə nail olması və qarşılıqlı hörmətə əsaslanan sıx dialoqun baş tutması vacibdir”, - nazir əlavə edib.

O, Yaxın Şərqdə daha böyük təhlükəsizlik və sabitliyə yalnız beynəlxalq hüquqa əsaslanan yanaşmalar və gərginliyin azaldılmasına sadiqlik yolu ilə nail olmağın mümkünlüyünü qeyd edib.

Y.Gülər vurğulayıb ki, Ankara Türkiyənin hava məkanına yeni raket atışlarına cavab verməyə tam sadiqdir.

“Həm öz vasitələrimizlə, həm də NATO daxilində istənilən təhdidə cavab vermək qabiliyyətimiz və iradəmiz var. Lakin bizim yanaşmamız gərginliyi artırmaq deyil, riskləri balanslı və məsuliyyətli şəkildə idarə etmək, münaqişələrin eskalasiyasının qarşısını almaqdır”, - deyə nazir qeyd edib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar