Xəbər lenti
27/10/2026 [16:58]
Bu cərimələr yenilənir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Aralıq dənizində qayıq batdı: 70 miqrant itkin düşdü

Baxılıb: 8515     Tarix: 06-04-2026 08:02   

Aralıq dənizində miqrantları daşıyan qayığın aşması nəticəsində azı iki nəfər həlak olub, 70-dən çox şəxs itkin düşüb.

Qanunvehedef.az xəbər verir ki, bu barədə “Mediterranea Saving Humans” qeyri-hökumət təşkilatı məlumat yayıb.

Təşkilat bildirib ki, şənbə günü günortadan sonra Liviyadan yola düşən, göyərtəsində qadın və uşaqlar da daxil olmaqla 105 nəfər olan qayıq batıb. Nəticədə 70-dən çox şəxs itkin düşüb. Axtarışlar zamanı iki nəfərin meyiti sudan çıxarılıb, 32 nəfər isə xilas edilib. Hadisə Liviyanın nəzarətində olan axtarış-xilasetmə zonasında baş verib.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, cari ilin əvvəlindən etibarən Aralıq dənizində 683 miqrant həlak olub və ya itkin düşüb.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar