Xəbər lenti
27/10/2026 [16:58]
Bu cərimələr yenilənir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Trampı İrana güzəştə getməməyə çağırdı

Baxılıb: 7617     Tarix: 07-04-2026 14:56   

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampı İrana güzəştə getməməyə çağırıb.

Qanunvehedef.az xəbər verir ki, bu barədə İsrail mənbələrinə istinadən “Axios” portalı məlumat yayıb.

Məlumata görə, Netanyahu Trampa zəng edərək, onu İran səmasında vurulan “F-15E Strike Eagle” qırıcısının iki amerikalı pilotunun xilası əməliyyatı münasibətilə təbrik edib. Baş nazir vasitəçilərin dəstəyi ilə Vaşinqton və Tehran arasında aparılan danışıqlarla bağlı narahatlığını ifadə edib. Netanyahu Trampı Hörmüz boğazından gəmiçiliyin dərhal bərpasını və Tehranın yüksək zənginləşdirilmiş urandan tam imtinasını nəzərdə tutan maksimalist danışıqlar mövqeyi tutmağa çağırıb.

Nəşr iddia edir ki, Səudiyyə Ərəbistanı və BƏƏ liderləri də Vaşinqtonun Hörmüz boğazı üzrə güzəştə getməsini istəmir. Onlar ABŞ-nin şərtləri əsasında hərtərəfli sülh sazişi bağlanmadan müvəqqəti atəşkəsə nail olunmasını qeyri-mümkün hesab edirlər.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar