Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Erməni türk ölkəsinin I xanımı oldu – Etiraz başladı

Baxılıb: 530     Tarix: 26-10-2018 11:50   
Karine Xəbirova Avetisyan adlı erməni qadının Başqırdıstanın yeni birinci xanımı olmasına etirazlar başlayıb.
Qanunvehedef.az xəbər verir ki, bir neçə gün öncə Başqırdıstanın rəhbəri Rüstəm Həmidov səhhəti və yaşı ilə bağlı vəzifədən və siyasətdən getmək istəyini bildirmişdi. Onun istəyi nəzərə alınmışdı və Rusiya lideri Putinin sərəncamı ilə onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmişdi.
Başqırdıstanın yeni rəhbəri seçilənədək isə Putinin sərəncamı ilə Radi Faridoviç Xəbirov əvəzedici təyin edilmişdi. Bu təyinatla da Xəbirovun erməni arvadı birinci xanım statusu alıb.
Avestisyan ixtisasca stomotoloqdur. O, 2006-cı ildə Kuban Tibb Universitetini bitirib. Məlumata görə, o, Radi ilə tanış olduğu zaman himayəsində məktəbli övladı olub. Həmçinin cütlüyün ötən il dünyaya gələn oğlan övladına Radi Xəbirov öz atasının (Farid/Fərid) adını verib.
Erməni millətindən olan bir qadının Başqırdıstanın birinci xanımı statusunu müvəqqəti də olsa daşıması isə başqırdların etirazına səbəb olub. Sosial şəbəkədə bunu tənqid edən başqırdların etirazları genişlənməkdədir.шаблоны для dle 11.2