Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Duqindən böyük azərbaycanlı haqda gözəl sözlər - F

Baxılıb: 633     Tarix: 26-10-2018 15:10   

Mən Azərbaycan mədəniyyətini çox sevirəm.
Kult.az xəbər verir ki, bu sözləri rusiyalı filosof və ideoloq Aleksandr Duqin bu gün “Geosofiyaya giriş. Sivilizasiyalar və onların loqosları” adlı kitabın təqdimatı zamanı deyib.
Azərbaycan ədəbiyyatı və mədəniyyətinə vurğunluğundan danışan Duqin, görkəmli şair İmadəddin Nəsiminin yaradıcılığı ilə tanış olduğunu da vurğulayıb:
“Nəsiminin hər sətrinə bir dünya sığar”.
Duqin təqdimat zamanı bu kitabın Azərbaycan dilinə tərcümə olunan ilk əsəri olduğunu və tərcümədən razı qaldığını deyib.
Tədbirin sonunda Duqin Milli Elmlər Akademiyası tərəfindən medalla təltif edilib.
Qeyd edək ki, müasir rus fəlsəfəsinin ustadı Duqin bu kitabında platonizmə, aristotelizmə, M.Haydeggerin “Dasein”inə xüsusi yer ayırıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}