Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Təyyarə qəzaya uğradı: 189 nəfər öldü

Baxılıb: 551     Tarix: 29-10-2018 13:00   
İndoneziyada “Boinq 737” sərnişin təyyarəsi qəzaya düşüb.
Qanunvehedef.az xəbər verir ki, “Lion Eyr” aviaşirkətinə məxsus təyyarə Cakarta aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra radarlardan itib.
Hadisə şahidləri təyyarənin dənizə düşdüyünü bildiriblər. İddialara görə, təyyarənin göyərtəsində, ekipaj da daxil olmaqla, 189 nəfər olub.

Təyyarə Yava adasının qərb sahillərinə düşüb. Axtarış-xilasetmə tədbirləri başlayıb.
“Sinxua” agentliyi təyyarənin qəzadan əvvəl aeroporta geri qayıtmaq barədə xəbərdarlıq etdiyini yazıb.

Bakı vaxtı ilə saat 03:20-də JT-610 reysi ilə Cakartadan Pankalpianq şəhərinə uçan Boinq 737-800 təyyarəsi cəmi 13 dəqiqə sonra radarlardan yoxa çıxıb.
“Lion Eyr” şirkəti təyyarənin 2018-ci ilin avqustunda istifadəyə verildiyini bildirib.
Şirkət təyyarədə olanların sayını da açıqlayıb. Bildirilib ki, təyyarədə 181 sərnişin və 4 heyət üzvü olub.
İndoneziya nəqliyyat təhlükəsizliyi üzrə komitənin sədri təyyarənin qalıqlarının dənizin 30-40 metrliyində olduğunu bildirib.
Təyyarədə 181-189 sərnişin olduğu bildirilib.

İndoneziya Fövqəladə Halların Aradan Qaldırılması Komissiyasının nümayəndəsi təyyarədə olanların hamısının öldüyünü deyib.
Onun sözlərinə görə, artıq 1 nəfərin meyiti sudan çıxarılıb.
“Cakarta Post” qəzeti isə İndoneziya Maliyyə Nazirliyinin 20 əməkdaşının da qəza zamanı təyyarədə olduğunu yazıb.
шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar