Xəbər lenti
17/01/2025 [13:11]
Sabah yağış yağacaq
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

İstanbulun 3-cü hava limanının inanılmaz - Özəllikləri

Baxılıb: 491     Tarix: 29-10-2018 13:10   
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli vaxtla 16:00-da İstanbulda yeni hava limanının açılışını edəcək.
Qanunvehedef.az xəbər verir ki, 26 milyard avro sərmayə ilə inşa edilən bu hava limanı 500 təyyarə, 70 min avtomobil tutumu və ildə 200 milyon sərnişin daşımaq potensialına görə dünyanın ən böyük hava limanı olacaq.
Yeni hava limanı ümumilikdə 76,5 milyon kvadratmetr ərazini əhatə edir. Buranın tikintisində 3 minə yaxın ağır texnika və təxminən 10 min işçi çalışıb. Hava limanının ilk fazası bu gün, digərləri ilə 2023-cü ilə qədər hissə-hissə fəaliyyətə başlayacaq.
Bütün bunlarla yanaşı, sözügedən “əsər”in inşasında təcrübəli dizaynerlər, mütəxəssislər və yerli-əcnəbi olmaqla 250-dən çox memar çalışıb.
Yeni hava limanında təhlükəsizlik ən yüksək səviyyədə təmin ediləcək. Belə ki, burada ilk dəfə yer radarları sistemi quraşdırılıb və hərəkət axını 2,5 kilometr məsafədən izlənəcək. Hər 60 metrdən bir sabit kamera, 360 metrdən bir PTZ kamera, 720 metrdən bir isə termal kamera quraşdırılıb.
Bununla yanaşı, terminal və avtoparklara quraşdırılmış 9 min ağıllı kameraya 8 yanlış hərəkəti müəyyən etmə sistemi yerləşdirilib. Bu hərəkətlərdən birini edən şəxs dərhal müəyyən ediləcək. Hava limanında həmçinin üz tanıma sistemi də yaradılacaq.
Yeni hava limanının Ana Terminal binası 1 milyon 300 min kvadratmetr ərazini əhatə etməklə dünyanın ən böyük terminal binası olacaq.
Hər kəsi maraqlandıran başqa bir məsələ isə yeni hava limanının necə adlanmasıdır. Məlumata görə, Prezident Ərdoğan bu gün keçiriləcək açılış mərasimdə hava limanının adını açıqlayacaq.
İlk mərhələdə Ankara, Antalya və İzmir şəhərlərinə uçuşlar həyata keçiriləcək. Xarici ölkələrə ilk uçuşlar isə noyabrın 1-də Şimali Kipr Türk Cümhuriyyətinə, noyabrın 8-də isə Azərbaycana olacaq.
Bu gün keçiriləcək açılış mərasiminə dünyanın bir çox ölkə liderinin qatılacağı gözlənilir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar