Xəbər lenti
08/07/2025 [11:52]
POEZİYA -QƏNİ HÜSEYNOV
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Rusiyanın ən böyük doku batdı

Baxılıb: 527     Tarix: 29-10-2018 23:09   

Murmanskda dünyanın ən böyük üzən PD-50 adlı gəmi təmiri doku batıb.
Qanunvehedef.az xəbər verir ki, insident Rusiya Hərbi Dəniz Donanmasına məxsus “Admiral Kuznetsov” təyyarədaşıyan gəmisinin təmiri zamanı baş verib. Elektrik enerjisi verilməsində baş verən qəza nəticəsində PD-5-nin sisternləri dolub və o batmağa başlayıb.
Gəmi təmiri zavodunun rəsmisi hadisə zamanı “Admiral Kuznetsov”un zədələnmədiyini bildirib.
Murmanskda nəşr olunan “SeverPost” qəzeti qəza nəticəsində iki qüllə kranının aşdığını yazıb. Kranlardan biri gəminin göyərtəsinə düşüb.
“Admiral Kuznetsov” gəmisi hadisədən sonra limana qayıdıb.
Qeyd edək ki, Rusiyanın yeganə təyyarədaşıyan gəmisi olan “Admiral Kuznetsov” təmirə dayanıb. Onun 2021-ci ildə xidmətə qayıdacağı bildirilir.шаблоны для dle 11.2