Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

104 şəxsin qatilinə vəzifə verildi, generallarla bir sırada… - Foto

Baxılıb: 581     Tarix: 31-10-2018 11:11   

ABŞ PKK terror qruplaşmasının Suriya qolu YPG/SDQ-nin hərbi əməliyyatlarının rəhbərliyinə Çiya Kobani kod adlı terrorçu Azad Simini gətirib.
Qanunvehedef.az xəbər verir ki, Azad Simi ABŞ-ın YPG ilə birlikdə Deyr əz-Zor yaxınlığında İŞİD-ə qarşı təşkil olunacaq hibrid əməliyyatlarını idarə edəcək. Bu təyinatdan sonra Simi Deyr əz-Zorun şərqinə Suriya-İraq sərhədindəki Hajin bölgəsinə gedib.
Qatil ABŞ generalları ilə eyni helikopterdə
Çiya Kobani kod adlı Azad Simi aprel ayında ABŞ Mərkəzi Qüvvələr komandanı general Cozef Votellə görüşüb. Simi iyul ayında isə Daşisa bölgəsinə gedən İŞİD-lə mübarizə koalisiyasının ən yüksək rütbəli nümayəndəsi general Paul Funk və koalisiyanın xüsusi əməliyyatlarını idarə edən general Ceymi Jarrardla birlikdə görülüb.
Qeyd edək ki, Azad Simi törətdiyi cinayətlərə görə Türkiyədə axtarışa verilib. 1992-ci ildə Suriyada terror qruplaşması sıralarına qatılan Simi uzun müddət Şimali İraqda qalıb. Təhlükəsizlik orqanları onun 2007-2011-ci illər arasında PKK-nın Hakkari bölgəsi üzrə işlərinə rəhbərlik etdiyini açıqlayıb. Simi həmçinin YPG-nn xüsusi təyinatlı qüvvələr komandanı olub.
Azad Simi 2007-ci ildə 12 əsgərin şəhid olduğu Dağlıca, 2008-də 17 əsgərin şəhid olduğu Aktütün və 2011-ci ildə Hakkarinin Çukurca bölgəsində 25 əsgərin şəhid edildiyi hücumları planlaşdıran və idarə edən şəxs olub. O, həmçinin 14 hərbi posta hücum zamanı 104 əsgərin şəhid olmasında günahkar bilinir.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar