Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Rusiyanın xəbərdarlığı NATO-nu təşvişə saldı - Havada TƏHLÜKƏLİ OYUNLAR

Baxılıb: 641     Tarix: 01-11-2018 11:01   

Rusiyanın iki "Tu-160" bombardmançısı genişmiqyaslı təlimlərdə NATO-nu təşvişə salıb.
Publika.az xəbər verir ki, bu haqda "Russian Today" telekanalının saytı yazıb.
Qeyd edilir ki, Rusiya bombardmançılarının müşayiəti üçün havaya Böyük Britaniya qırıcıları qaldırılıb.
Ötən gün Rusiyanın Müdafiə Nazirliyi açıqlamışdı ki, iki hərbi təyyarə Barents və Norveç dənizləri üzərində on saatlıq plan uçuşu həyata keçirib. İdarədən vurğulayıblar ki, təyyarələr başqa dövlətlərin sərhədlərini pozmayıb və uçuşlar hava məkanından istifadə üzrə beynəlxalq qaydalara uyğun yerinə yetirilib.
Bundan başqa, NOTAM təşkilatını Norveç dənizi üzərində 1-3 noyabr tarixində keçirəcəyi uçuşlarla bağlı xəbərdar edib. "Russian Today" bildirir ki, bu xəbər də həmçinin, NATO-nu təşvişə salıb.
Plana uyğun olaraq, "Tu-160"-lar Norveç sahillərinə 13,9 dəniz mil məsafəyə qədər maksimal yaxınlaşacaq. Ancaq, telekanal qeyd edir, uçuşlar Şimali Atlantika İttifaqının manevrləri zonalarında keçirləcək.



Ən çox oxunanlar
{sape_links}{sape_article}