Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Rusiyaya növbəti zərbə hazırlanır – TARİX AÇIQLANDI

Baxılıb: 537     Tarix: 02-11-2018 11:46   

"Skripal işi" ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların ikinci paketi Konqres Dövlət Departamentinin konsultasiyalarının nəticələrindən asılıdır.
Publika.az "Röyters" agentliyinə istinadən xəbər verir ki, bu haqda Dövlət Departamentinin nümayəndəsi Robert Palladino bildirib.
O, brifinqdə qeyd edib ki, Dövlət Departamenti Rusiyanın kimyəvi silahın tətbiqi haqqında qanunun tələblərinə riayət edib-etmədiyi barədə məruzəni noyabrın 6-dan gec olmadan Konqresə təqdim etməyə məcburdur. Konsultasiyalar göstərilən tarixdən başlayacaq.
"Biz noyabrın 6-da Konqreslə konsultasiyalara başlamağa məcburuq, ancaq konsultasiyaların keçirilməsi üçün vaxt məhdudiyyəti yoxdur", - o vurğulayıb.
Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş yüksək rütbəli zabiti Sergey Skripal və qızı Yuliya mart ayında Briyaniyanın Solsber şəhərində sinir-iflic maddəsiylə zəhərlənmişdi. London və Vaşinqton hadisəyə görə Rusiyanı ittiham edib. Moskva isə bütün ittihamları qəti surətdə rədd edir.шаблоны для dle 11.2