Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“ABŞ çarəsiz qumarbaz kimi çırpınır” - Trampın açıqlamasını təkzib etdi

Baxılıb: 890     Tarix: 10-11-2026 10:57   

“İranın 7 şərtinə təslim olun!”

Qanunvehedef.az xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai sosial media hesabında yazıb.

O, ABŞ-nin İrana qarşı apardığı siyasətin iflasa uğradığını qeyd edib.

Rezai ABŞ Prezidenti Donald Trampın İranla danışıqların müsbət istiqamətdə getməsi barədə dediklərini sərt şəkildə təkzib edib.

O, bu cür açıqlamaları “xəyali”, yayılan xəbərləri isə “yalan” adlandırıb: “İrana qarşı aparılan müharibə artıq ABŞ hökumətini məhv edib, lakin Vaşinqton çarəsiz qumarbaz kimi çırpınır. Qərbi Asiyada yeni nizamı rədd etməyi dayandırın. İranın dəfələrlə irəli sürdüyü yeddi şərtə təslim olmağın vaxtıdır”.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında İranla danışıqların yaxşı getdiyini, prosesin tezliklə başa çatacağına ümid etdiyini və yeni hərbi əməliyyata ehtiyac duyulmadığını bildirmişdi.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar