Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Rusiya bu silahlarla ABŞ-ı məhv edəcək – Şok analiz

Baxılıb: 660     Tarix: 08-11-2018 13:16   

Müharibə başlayacağı təqdirdə hazırda mövcud olan ballistik raketlərin hücumlarını dəf edə biləcək müdafiə sisteminə sahib olmayan ABŞ-ı məhv etmək üçün Rusiyanın “Avanqard” sistemlərinə ehtiyacı yoxdur.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Neşnl İnterest” nəşri yazıb.
Nəşrin məlumatına görə, hazırda Rusiya ordusunun ixtiyarında təxminən 528 ballistik raket var ki, bunların sadəcə kiçik bir hissəsi ilə ABŞ-ın varlığına son qoymaq mümkündür. ABŞ isə ballistik raketlərə qarşı etibarlı müdafiəyə sahib deyil. Hazırkı məqamda bu ölkə məhdud çərçivədə sadəcə Şimali Koreya kimi “kiçik supergüc”lərin raketlərini vura biləcək sistemin hazırlanmasına cəhd göstərə bilər.
Vaşinqton ötən əsrdə - 1960-cı ildə “Safeguard” proqramı və 80-ci illərdə Reyqanın “Ulduz müharibələri” proqramı vasitəsilə ballistik raketlərə qarşı öz egidasını yaratmağa cəhd edib.
Nəşr eyni zamanda qeyd edib ki, heç bir sağlam düşüncəli insan ABŞ-ın gələcəkdə səsdən 20 dəfə sürətlə ölkəyə yaxınlaşan istənilən döyüş başlığını zərərsizləşdirmək imkanlarına sahib sistem hazırlamasına inana bilməz. Rusiyanın ən yeni silahları isə bir növ bu vəzifəsinin icrası – ABŞ-ın hazırda mövcud olmayan və yaradılması da sual altında olan müdafiə sistemini yarmaq üçün yaradılıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin yaxın aylarda “Avanqard” qitələrarası ballistik raketlərinin silahlanmaya qəbul ediləcəyini açıqlamışdı.шаблоны для dle 11.2