Xəbər lenti
08/07/2025 [11:52]
POEZİYA -QƏNİ HÜSEYNOV
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Ərdoğan: Tramp, Merkel, Makronla bunu müzakirə etdik

Baxılıb: 745     Tarix: 13-11-2018 12:00   
Təəssüf ki, təhlükələr başa çatmayıb, davam edir. Məsələn, Fələstində baş verənləri görürsünüz. Yəməndəki mövcud hadisələr hər kəsə məlumdur. Çox qısa zaman ərzində Yəməndə onminlərlə insan aclıq təhlükəsi ilə qarşı-qarşıya qala bilər.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Fransa səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Cənab Tramp, Makron və Merkellə Yəmənin vəziyyəti barədə danışdıq. Kansler Merkel “Yəmən üçün çox ciddi bir maliyyə dəstəyi hazırlamalıyıq, ancaq bunu təkcə mən edə bilmərəm, bərabər edək” deyə təkliflə çıxış etdi. Səfalət, aclıq meydana gəlsə, Yəməndə də Suriyadakına bənzər bir vəziyyətlə qarşılaşa bilərik.
Parisdə bütün bunları BMT Baş katibi cənab Quterreşə də söylədim. BMT-də islahatlar aparılması şərtdir. Cənab Quterreş sağ olsun, bu fikirlərimizi eynən dəstəkləyir. O da eyni qənaətdədir. BMT-nin müdaxilə edə bilmək gücü olmalıdır. BMT TŞ 5 ölkənin iki dodağı arasında olmamalıdır. Bunun sayı 20 ola bilər. Bunlara da bir sanksiya gücü verilər. BMT baxımından təhlükəsizlik deyəndə ağıla sülh gücü gəlir. Sanksiya gücünün ola bilməsi üçün sülh gücündən başqa da bir şey düşünülməlidir”, - Ərdoğan bildirib.шаблоны для dle 11.2