Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

İsrail Qəzzaya divan tutdu: 150 hədəf vuruldu

Baxılıb: 772     Tarix: 13-11-2018 12:15   
İsrail ordusu Qəzza zolağında 150-ə yaxın hədəfə zərbə endirib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə AFP İsrail ordusuna istinadla informasiya yayıb. Məlumata görə, qarşıdurmalar zamanı 50 nəfər yaralanıb, onlardan 2-sinin vəziyyəti ağırdır.
İsrail ordusunun məhv etdiyi hədəflər sırasında HƏMAS-a məxsus mövqelər, silah anbarları, raket buraxılışı üçün məntəqələr, hərbi məqsədlərlə istifadə olunan bir sıra inzibati binalar, Fələstin hərbi-dəniz qüvvələrinə məxsus gəmi də yer alıb.
Qeyd edək ki, ötən gün Qəzza zolağında ciddi toqquşma baş vermiş, 3 fələstinli və 1 yəhudinin həlak olduğu bildirilmişdi. İsrail Fələstin tərəfdən ölkəyə 300-ə qədər raket atıldığını da iddia etmişdi.



{sape_links}{sape_article}