Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Türkiyəyə gözlənilməz səfər: Gərginliyin artdığı bir vaxtda...

Baxılıb: 624     Tarix: 19-11-2018 16:58   

Cənubi Kiprin ana müxalifət partiyası – AKEL-in rəhbəri Andros Kiprianu noyabrın 23-də Türkiyəyə səfər edəcək.
Qanunvehedef.az xəbər verir ki, Kiprianunun səfəri zamanı son günlər ölkələr arasında gərginliyə səbəb olan Şərqi Aralıq dənizində karbohidrogen axtarışının gündəmə gətirilməsi gözlənilir.
Türkiyə İqtisadi-Siyasi Araşdırma Fondunun dəvəti ilə Ankaraya səfər edəcək ana müxalifət rəhbərinin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə də görüşü planlaşdırılır.
Cənubi Kipr hökumətinə müxalif mövqeyi ilə tanınan Kiprianu mövcud problemin həll edilməyəcəyi təqdirdə adanın parçalanma ehtimalının qüvvədə olacağını düşünür.
Qeyd edək ki, bir neçə gün öncə ABŞ-ın "Ekson mobil" şirkəti Kipr adası sahillərində Cənubi Kipr üçün karbohidrogen axtarışlarına başlayıb. Bu isə Türkiyə hökumətinin kəskin narazılığına səbəb olub.



Ən çox oxunanlar
{sape_links}{sape_article}