Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Paşinyan yedi və şoka düşdü

Baxılıb: 529     Tarix: 21-11-2018 15:26   

Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan orduda çatışmazlıq haqqında oğlunun Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsində xidmətə yollanmasından sonra xəbərdar olduğunu etiraf edib.
Qanunvehedef.az xəbər verir ki, “Aykakan Jamanak” qəzetinin müxbirinin “oğlunun ordudakı qidalanmasından razıdırmı?” sualını Paşinyan neqativ cavablandırıb.
O, bir neçə dəfə döyüş bölgəsində olduğunu, burada yeməkləri daddığını və onların dəhşətli olduğunu deyib.
Paşinyan hərbçilərin alt geyimləri ilə bağlı mexanizmin də dəyişdirildiyini söyləyib:
“Biz bu problemlə məşğul olmuşuq, oluruq və olacağıq, amma bunun həcmini də müəyyən etmək lazımdır. Xidmətlə bağlı ən böyük şoklardan biri oğlumun zəng edərək, “mənə bunu göndərin, mənə onu göndərin” deməsidir. Bu, çox pis siqnal oldu.
Bəli, bizim bu sferada problemlərimiz var. Bəzi şəxslər yüksək səsli çıxışlar edirlər, məhz həmin şəxslərə bu mal ətlərini verib demək lazımdır ki, bunun hesabına yaşa və seçkiqabağı kampaniyada çıxış et”.
Paşinyan orduda xidmətdən azad edilməsinə də aydınlıq gətirib:
“Mətbuatda bunun haqqında yazıblar və mən açıq şəkildə izah etmişəm. Bu, 1991-ci ildə qəbul edilmiş qanun əsasında olub. O zamankı qərara əsasən, əgər iki böyük qardaşın orduda xidmət edirsə, üçüncü qardaş xidmətdən azad edilirdi”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər