Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bu qurum LƏĞV OLUNDU

Baxılıb: 884     Tarix: 22-11-2018 15:47   

Gürcüstan Milli Təhlükəsizlik Şurası ləğv olunub.
Qanunvehedef.az report-a istinadən xəbər verir ki, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili konstitusiyaya müvafiq dəyişiklikləri imzalayıb.
Yeni prezidentin inauqurasiyasından sonra qüvvəyə minəcək dəyişikliklərə əsasən, dövlət başçısı yanında məşvərətçi orqan olan Milli Təhlükəsizlik Şurası ləğv olunacaq.
Gürcüstan Prezidentinin parlament üzrə nümayəndəsi Ana Natsvlişvili bildirib ki, G.Marqvelaşvilinin çoxsaylı müraciətlərinə baxmayaraq, Milli Təhlükəsizlik Şurasına alternativ orqan yaradılmayıb.
Qeyd edək ki, Gürcüstan Milli Təhlükəsizlik Şurası ölkənin milli hərbi strategiya və müdafiə sisteminin təşkili məsələləri ilə məşğul olurdu. Şuranın həmçinin ölkədə hərbi və ya fövqəladə vəziyyət elan etmək səlahiyyəti də var idi.



Ən çox oxunanlar
{sape_links}{sape_article}