Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Kremldən İrəvana ağır cəza: Taxıl blokadısı başlayır

Baxılıb: 534     Tarix: 23-11-2018 13:59   

Cənubi Qafqaz Dəmiryolları QSC 2018-ci ilin 1 dekabrından etibarən müvəqqəti olaraq Qafqaz-Poti-Qafqaz istiqamətində bərə ilə daşımaları dayandıracaq.
Qanunvehedef.az xəbər verir ki, bu məlumatı QSC-nin mətbuat xidməti yayıb. Şirkət bərə xəttinin nə zaman açılacağını bildirməyib.
Qeyd edək ki, bu ilin yanvarından etibarən Gürcüstandan Ermənistana yerüstü vasitələrlə taxıl daşınması qadağan olunacaq. Gürcüstan bu barədə planını oktyabr ayında açıqlayıb. Tiflis eyni qadağanın bərə və dəmiryollarına aid etmək məsələsini də nəzərdən keçirdiyini bildirmişdi.
Maraqlı məqam odur ki, QSC-nin bu addımı növbədənkənar parlament seçkisi və Ermənistan Nəqliyyat Nazirliyi, Cənubi Qafqaz Dəmiryolları QSC və Gürcüstan Dəmiryolları arasında əldə olunan razılaşma ərəfəsinə düşür. Belə ki, bu razılaşmaya əsasən, Poti limanından Ermənistana yük daşımaları üçün nəzərdə tutulan tariflərin 52% endirilməsi nəzərdə tutulmuşdu.
Bəzi mənbələr isə Cənubi Qafqaz Dəmiryolları QSC-nin bu addımı Ermənistan hökumətinin ona qarşı təzyiqlərinə cavab olaraq atdığını bildiriblər. Belə ki, Paşinyan hakimiyyətə gəldikdən sonra QSC-də geniş yoxlamalar keçirmək üçün imkanlar yaradıb. Rusiya Dəmiryollarının törəmə şirkəti olan Cənubi Qafqaz Dəmiryolları hətta vergi pozuntularına yol verməkdə də ittiham olunub. Üstəlik, şirkət hazırkı qərarını qəbul etməzdən az öncə Ermənistan İctimai Xidmətin Tənzimlənməsi Komissiyası tərəfindən 60 min dollar cərimə edilib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər